Millinin Avropa çempionatındakı rəqibləri bilindi

Minifutbol üzrə növbəti Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Sportline.az xəbər verir ki, Sarayevo şəhərində təşkil olunan tədbirdə son Avropa çempionu olan millimizin rəqibləri müəyyənləşib.

Komandamız F qrupunda Fransa, İtaliya və Avstriya seçmələri ilə mübarizə aparacaq.

Bosniya və Herseqovinanın ev sahibliyi edəcəyi turnir 1-9 iyun tarixlərində keçiriləcək.