Olimpiadaya yollanacaq tam heyət müəyyənləşdi

ABŞ basketbol milli komandasının heyətinə daxil olan 12-ci oyunçunun da adına aydınlıq gətirilib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, daha əvvəl 11 nəfərlik heyəti açıqlanan ABŞ milli komandasına daxil olan son 1 nəfərin də adı bilinib.

Bu oyunçu “Los Anceles Klippers”də çıxış edən Kayvi Leonard olub.

Qeyd edək ki, Stiv Kerin rəhbərlik etdiyi ABŞ millisi Paris Olimpiyadasında ardıcıl 5-ci çempionluq uğrunda mübarizə aparacaq.