Qızlar arasında Azərbaycan birinciliyinə start verilib

16 yaşadək voleybolçu qızlar arasında Azərbaycan birinciliyi başlanıb.

Sportline.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında təşkil olunan yarışın ilk günündə bir oyun keçirilib.

Birinciliyin açılış matçında “Azərreyl-3” komandası “Azərreyl-1” ilə qarşılaşıb. Görüşün qalibi “Azərreyl-1” olub - 2:0.

Növbəti oyunlar dekabrın 24-də AVF-nin və UNEC-in idman zallarında baş tutacaq.

Qeyd edək ki, birincilikdə 18 komanda iştirak edir. Reqlamentə əsasən komandalar bir dövrədən ibarət olmaqla 2 qrupda mübarizə aparacaqlar. Daha sonra pley-off mərhələsi təşkil olunacaq.