Zabit Səmədov: "Yaxın vaxtlarda Azərbaycanda öz kikboks məktəbimi açacağam"

"Azərbaycanda bacarıqlı idmançılar kifayət qədərdir". Bu sözləri SportLine.az saytına açıqlamasında tanınmış kikboksçu Zabit Səmədov deyib.

İdmansevərlərlə görüşən Z.Səmədov, "Yaxın vaxtlarda öz kikboks məktəbimi açacağam. Məqsədim, bacarıqlı gəncləri ətrafımda toplamaq, onlara kikboksun sirlərini öyrətməkdir. Kifayət qədər bacarıqlı idmançı var və inanıram ki, onların içərisindən peşəkar kikboksular yetişəcək", - deyə bildirib.