AHF-nin vitse-prezidenti Avropa Həndbol Federasiyasının tədbirinə qatılıb

Sentyabrın 17-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının 12-ci konfransı öz işinə başlayıb. 

Ayın 20-dən davam edəcək konfransın  gündəliyində duran əsas məsələlərdən biri həndbol yarışlarının indiki şəraitdə keçirilməsidir.

Bundan başqa beynəlxalq yarışlarının təqvimi, eyni zamanda çimərlik həndbolunun gələcək inkişaf perspektivləri və s. məsələlər müzakirə olunacaq.

Ölkəmizi konfransda AHF-nin  vitse prezidenti Orxan Abbasov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi təmsil edir.