Finalissima 2026-cı ilə təxirə salına bilər

Finalissima 2026-cı ilin martına keçirilə bilər.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, buna səbəb 2025-ci ildə oyunun keçirilməsinə uyğun təqvim olmamasıdır.

Məsələ ondadır ki, gələn yay klublararası dünya çempionatı keçiriləcək. Əvvəlcə Finalissima da eyni tarixə planlaşdırılmışdı.

Qeyd edək ki, kubok uğrunda mübarizədə Argentina (2022-ci il Dünya Çempionu) və İspaniya seçmələri (2024-cü il Avropa Çempionu) qarşı qarşıya gələcəklər.