144 oyun, 4032 futbolçu

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar iki ilə yaxındır keçirilməyən uşaq liqalarının təşkili yenidən bərpa olunub. 

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, U-10, U-11, U-12, U-13, U-14,  U-15, U-16, U-17 və Gənclər liqalarında ötən həftə ümumilikdə 144 oyun keçirilib.

Beləliklə, AFFA-nın təşkil etdiyi yarışlarda həftə ərzində 4032 futbolçu meydana çıxıb.