19 yaşlı futbolçu İngiltərə nəhənglərinin hədəfində

"Arsenal", "Çelsi" və "Mançester Yunayted" Denyan Nyontonun "ovuna çıxıb".

Sportline.az "La Gazeetta dello Sport"a istinadla xəbər verir ki, bu klublar 19 yaşlı hücumçunun xidmətində maraqlıdırlar. 

"Lids" bu mövsüm İngiltərə Premyer Liqasında yerini qoruya bilməsə Nyontonun klubu tərk edəcəyi bildirilir.

"Lids" rəhbərliyi italiyalı hücumçunu 35-40 milyon avrodan ucuz satmaq niyyətində olmadığını açıqlayıb.

Qeyd edək ki, Nyonto 2022-ci ilin yayında "Sürix"dən "Lids"ə transfer olunmuşdu.