"2-3 il sonra NBA-nın ən yaxşısı olacağam"
"Minnesot Timbervulfs" klubunun basketbolçusu hədəfləri barədə danışıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Antoni Eduards bu barədə açıqlamasında :"Hər kəs əmin olsunki 2-3 il sonra NBA-nın ən güclü basketbolçusu mən olacağam. Lebron Ceyms və Stef Körinin rekordlarını qırmaq üçün əlimdən gələn hər şeyi edəcəyəm",-deyib.
Qeyd edək ki, amerikalı basketbolçu mövsüm sonunda "Minnesota" klubu ilə uzun müddətli müqavilə imzalayacaq.