20 yaşlı futbolçu koronavirusdan öldü

Gürcüstanın "Vit Corciya 2" komandasının futbolçusu Vaxtanq Çarkviani vəfat edib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 

Xəbərə görə, 20 yaşlı gənc koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, Tbilisi "Dinamo"sunun yetirməsi olan Çarkviani Gürcüstanın U-17 millisində çıxış edib.