20 yaşlı futbolçu xərçəng xəstəliyinə yaxalanıb

Şotlandiyanın "Livinqston" klubunun qapıçısı Daniel Bardenin səhhətində problem yaranıb. 

Sportline.az xəbər verir ki, 20 yaşlı futbolçuda testikulyar xərçəng aşkar edilib.

Bu barədə "The Guardian"ə Barden özü məlumat verib: 

"Xəstəliyin erkən mərhələdə aşkarlanması müsbət amildir. Mən optimistəm, buna qalib gələcəyimə əminəm".

Qeyd edək ki, Uelsin U-21 millisinin üzvü müqavilə ilə İngiltərənin "Norviç" klubuna məxsusdur.