3-cü liqa klubuna uduzdu, istefaya göndərildi
Lusyen Favr "Nitsa"nın baş məşqçisi vəzifəsindən istefaya göndərilib.
Sportline.az "L'Équipe"yə istinadən xəbər verir ki, bu qərar üçüncü liqa təmsilçisi “Le-Pyuiyə Fransa kubokunda məğlubiyyətindən (0:1) sonra verilib.
65 yaşlı isveçrəli mütəxəssis ötən ilin yayından "Nitsa"nı çalışdırırdı. Komanda Fransa çempionatında 17 turdan sonra turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.