30 il əvvəlki çempionluq titulu alınıb başqa kluba verildi
Braziliyanın 1987-ci ildəki çempionluq titulu "Flamenqo"dan alınıb, "Sport Recife" klubuna verilib. Sportline.az xəbər verir ki, sözügedən komandalar federasiya və klublar birliyi tərəfindən təşkil olunan ayrı-ayrı yarışlarda qalib gəlmişdilər. Braziliya məhkəməsi uzun sürən mübahisəli vəziyyətə nəhayət son qoyub. Qərara əsasən "Sport Recife" 1987-ci ilin Braziliya çempionu elan edilib. Xatırladaq ki, həmin il federasiyanın təşkil etdiyi yarışda "Sport Recife" qələbə qazanmışdı.