4 boksçumuz finala yüksəlib

Azərbaycanın dörd yeniyetmə qız boksçusu Serbiyanın Novi Pazar şəhərində keçirilən Avropa birinciliyində finala vəsiqə qazanıb.

Bu barədə Sportline.az-a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Əminə Tağı (50 kq), Cəmilə Muradlı (52 kq), Fidan Bəkərova (63 kq) və Səma Abbasova (66 kq) iyulun 15-də həlledici görüşlərə çıxacaqlar.

Digər milli üzvlərindən Aylin Nəzərova (46 kq), Gülər Hüseynova (48 kq) və Zəhra Məmmədova (54 kq) yarımfinalda məğlub olduqları üçün birinciliyi bürünc medalla başa vurublar.

Avropa birinciliyi

yarımfinal

Əminə Tağı (50 kq) – Dominika Vnukova (Slovakiya) – boksçumuz tam üstünlüklə qalib gəlib

Cəmilə Muradlı (52 kq) – Liana Jamharyan (Ermənistan) 5:0 (29:28, 30:27, 29:28, 30:27, 30:27)

Fidan Bəkərova (63 kq) – Asya Turkoviç (Bosniya və Herseqovina) 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27)

Səma Abbasova (66 kq) – Mariya Dovqopol (Moldova) – boksçumuz tam üstünlüklə qalib gəlib

Qeyd edək ki, oğlan boksçular arasında yarımfinal görüşləri bu gün keçiriləcək. Finala vəsiqə uğrunda 6 idmançımız mübarizə aparacaq.