40 yaşlı Pepe ilə müqavilə uzadıldı

"Portu" futbolçusu Pepe ilə müqaviləni uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 40 yaşlı müdafiəçi ilə 2024-cü ilə qədər sözləşmə imzalanıb.

Pepe karyerasına 2004-cü ildə “Porto”da başlayıb, 2007-ci ildə “Real”a keçib. Müdafiəçi 2019-cu ildə "Portu"ya qayıdıb. O, bu klubla 4 dəfə Portuqaliya çempionu olub, 2 dəfə ölkə kubokunu, 1 dəfə Superkubokunu qazanıb.

Banner