400 m məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu qeydə alınıb

Amerikalı Sidni Maklaflin yüngül atletika üzrə Dünya Çempionatında 400 metr məsafəyə maneələrlə qaçışda yeni dünya rekordu müəyyənləşdirib.

Sportline.az TASS-a istinadən xəbər verir ki, 22 yaşlı idmançı bu məsafəni 50,68 saniyəyə qət edərək dünya çempionu olub.

Maraqlıdır ki, bundan əvvəlki dünya rekordu da Maklaflinə məxsus idi, o, iyunda ABŞ çempionatında məsafəni 51,41 saniyəyə qət etmişdi.

Qeyd edək ki, Maklaflin həmçinin ikiqat Olimpiya çempionudur. O, Tokio Olimpiadasında həm 400 metr məsafəyə maneələrlə qaçışda, həm də 4x400 m estafetdə qızıl medal qazanıb. İdmançı 2019-cu ildəki Dünya Çempionatında 400 metr məsafəyə maneələrlə qaçışda gümüş medal, 4x400 metr məsafəyə estafetdə isə qızıl medal əldə edib.

Banner