41 yaşlı futbolçunun yeni komandası bilinib

İspaniyanın heyətində Avropa və Dünya çempionu Pepe Reyna İtaliya klubu Komo ilə razılıq əldə edib.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 41 yaşlı qapıçı yeni komandasında 2025-ci ilin iyununa qədər çıxış edəcək.

Xatırladaq ki, "Komo"ya Reynanın keçmiş milli komanda yoldaşı Sesk Fabreqas rəhbərlik edir .Onun rəhbərliyi altında komanda Seria B-də ikinci yeri tutub və elitaya vəsiqə qazanıb.

Qeyd edək ki, "Komo" daha əvvəl Andrea Belotti və Rafael Varanı heyətinə qatdığını açıqlamışdı.