746 gün sonra

İspaniya La Liqasının 26-cı turu çərçivəsində keçirilən "Las Palmas" - "Barselona" görüşündə kataloniyalılar üçün əlamətdar hadisə yaşanıb. 

SportLine.az "Marca"ya istinadən xəbər verir ki, 746 gün sonra "Barselona" futbolçuları penaltiyə səbəb olublar. Lukas Dinyenin səbəb olduğunu 11 metrlik cərimə zərbəsini isə Conatan Kalyeri qola çevirib.

Qeyd edək ki, bundan öncəki penalti "Selta" ilə görüşdə yaşanmışdı. Həmin vaxt Jordi Alba təqsirkar idi.