A seriyası klubunda yeni baş məşqçi

“Cenoa”da baş məşqçi təyinatı rəsmiləşib.

Sportline.az xəbər verir ki, A Seriyası təmsilçisini Aleksander Blessi çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Blessinlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.

Alman mütəxəssis bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Andrey Şevçenkonu əvəzləyib.