A seriyası klubunda yeni baş məşqçi

İtaliyanın "Verona" klubunun yeni baş məşqçisi məlum olub.

Sportline.az xəbər verir ki, A seriyası təmsilçisini Salvatore Boketti çalışdııracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 35 yaşlı mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Boketti bu vəzifədə bir neçə gün əvvəl istefaya göndərilən Qabriel Koffini əvəzləyib.

Qeyd edək ki, bu, Bokettinin ilk məşqçi işidir.

Banner