AÇ: Daha 2 gümüş və 1 bürünc medal

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

SportLine.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 

Güləşçilərimizdən ikisi - Əfqan Xaşalov (57 kq) və Ənvərbəy Dalqatov (65 kq) yarımfinala yüksəlib. Yarımfinalda hər iki güləşçimizin rəqibi Almaniya idmançısı olub. Rəqiblərinə tam üstünlüklə qalib gələn Əfqan Xaşalov və Ənvərbəy Dalqatov finala yüksəlib. Finalda hər iki güləşçimiz Rusiya idmançısına uduzaraq çempionatın gümüş medalı ilə kifayətlənib.  

1/4 finalda uduzan Pənah İlyaslı (70 kq) və Murad Süleymanov (79 kq) isə təsəlliverici görüşlərə qatılıb. Təsəlliverici görüşü qələbə ilə tamamlayan hər iki güləşçimiz bürünc medal görüşünə haqq qazanıb. Onlardan yalnız biri, Murad Süleymanov mübarizəni medalla tamamlayıb.

57 kq 
FİNAL - Əfqan Xaşalov - İbrahim İlyasov (RUS) 4:10
1/2 final - Əfqan Xaşalov - Viktor Lizen (GER) 8:0
1/4 final - Taras Markoviç (UKR) - Əfqan Xaşalov 3:4

65 kq 
FİNAL - Naçin Kuular (RUS) - Ənvərbəy Dalqatov 4:0
1/2 final - Ənvərbəy Dalqatov - Nikitas Dorn (GER) 3:0
1/4 final - Ənvərbəy Dalqatov - Andrii Svirid (UKR) 10:0
1/8 final - Dimitar İvanov (BUL) - Ənvərbəy Dalqatov 4:14

70 kq
Bürünc medal görüşü - Pənah İlyaslı - G. Mxeyan (ARM) - 2:6
Təsəlliverici görüş - Botond Qulyas (HUN) - Pənah İlyaslı 0:10
1/4 final - Oleksii Boruta (UKR) - Pənah İlyaslı 6:5
1/8 final - Mihail Georgiev (BUL) - Pənah İlyaslı 3:3*

79 kq
Bürünc medal görüşü - Murad Süleymanov - E.İsmail (BUL) - 11:0
Təsəlliverici görüş - Harun Omerhodzic (BİH) - Murad Süleymanov 0:10 (34 san.)
1/4 final - Jhonny Just Bur (FRA) - Murad Süleymanov 4:2
1/8 final - Alans Amirovs (LAT) - Murad Süleymanov 0:10

Azərbaycan Güləş Federasiyasının məlumatı