"Hapoel" azarkeşləri durmadan Bakıya gəlir

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Sabah" - "Hapoel" (Berr-Şeva) matçına qonaq komandanın azarkeşləri tərəfindən də maraq böyükdür.

Bunu Sportline.az-a açıqlamasında  "Sabah" klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.

Onun sözlərinə görə, hazırda israilli azarkeşlər tərəfindən 460 bilet alınıb. Oyun saatına qədər bu rəqəmin artacağı gözlənilir.

İsrail mətbuatı isə yazır ki, xeyli "Hapoel" tərəfdarı artıq Bakıdadır. Bu gün və sabah daha çox azarkeşin gələcəyi qeyd olunub.

"Sabah" klubundan o da bildirilib ki, hazırda oyuna ümumilikdə  18 minə yaxın bilet satılıb.

Qeyd edək ki, "Sabah" - "Hapoel" (Beer-Şeva) matçı avqustun 25-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq. İlk oyunda İsrail təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.