AÇ: Azərbaycan Avstriyaya qalib gəldi
Azərbaycan millisi Çexiyanın paytaxtı Praqakı gənclərin Avropa çempionatında qarışıq komanda yarışına qələbə ilə başlayıb.
Sportline.az xəbər verir ki, qarışıq komanda 1/8 finalda Avstriyanı məğlub edib.
73 kq çəki dərəcəsindəki Vüsal Qələndərzadə İssa Naşçoya qalib gəlib.
57 kq-dakı Səbinə Əliyeva Verena Hideni, 70 kq-dakı Aytac Qardaşxanlı Laura Kallingeri məğlubiyyətə uğradıb. Sonuncu qarşılaşmada isə 90 kq-dakı Elcan Hacıyvein rəqibi erməni əsilli Aslan Papoyan olub. Hacıyev vazari ilə qalib gəlib.
Azərbaycan komandası rəqibini 4:0 hesabı ilə üstələdiyi üçün son iki cüdoçunun yarışa çıxmağına ehtiyac qalmayıb. Seçmə 1/4 finalda Gürcüstanla üz-üzə gələcək.