AÇ: Azərbaycan seçməsi Ermənistandan güclü oldu
Yunanıstanda şahmat üzrə Avropa çempionatı davam edir. SportLine.az xəbər verir ki, yarışın 6-cı turunda Azərbaycan seçməsi Ermənistan komandası ilə üz-üzə gəlib. Görüş şahmatçılarımızın qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.
Komandaların bir nömrələrinin qarşılaşmasında Şəhriyar Məmmədyarov Levon Aronyana uduzub.
Üçüncü lövhədə komandanın digər üzvü Arkadi Naydiç isə erməni rəqibi Qabriel Sarqsyanla heç-heçə edib.
İkinci lövhədə ağ fiqurlanla oynayan Teymur Rəcəbov 52-ci gedişdə Sergey Movsesyanı, komandanın 4 nömrəsi Rauf Məmmədov isə 92-ci gedişdə Qrant Melkumyanı məğlub edib.
Bu, Ermənistan yığmasının turnirdə üç qələbə və iki heç-heçədən sonra ilk məğlubiyyəti olub.
Azərbaycan yığması 6 turdan sonra 9 xalla Xorvatiya ilə 3-4-cü yerləri bölüşür.