AÇ: Komandamızın ilk rəqibi müəyyənləşdi

Çexiyanın paytaxtı Praqada təşkil olunan gənc cüdoçular arasında Avropa çempionatında sabah qarışıq komanda yarışı olacaq.

Sportline.az xəbər verir ki, Azərbaycan seçməsi mübarizəyə təsnifatdan başlayacaq.

Startdakı rəqib Avstriya kollektivi olacaq.

Görüşün qalibi 1/4 finalda Gürcüstan millisi ilə qarşılaşacaq.

Komanda yarışında ümumilikdə 12 komanda iştirak edəcək.