AÇ-nin təsnifat turnirinin oyun cədvəli

Paytaxtımız daha bir beynəlxalq yarışa ev sahibliyi edəcək.

Sportline.az xəbər verir ki, sabah “Bakı İdman Sarayı”nda kişi həndbolçuların 2026-cı il Avropa çempionatının ilkin təsnifat turnirinə start veriləcək. Saat 14:45-də meydançaya Böyük Britaniya və Kipr komandaları çıxacaqlar. Ardınca keçiriləcək açılış mərasimindən sonra, saat 17:00-da  Azərbaycan və Malta seçmələri üz-üz gələcəklər.

Ertəsi günün oyun proqramı saat 14:45-də Malta – Kipr matçı ilə başlanacaq. Saat 17:00-da millimiz Böyük Britaniya komandası ilə qüvvəsini sınayacaq. Yanvarın 15-də isə saat 12:45-də başlanacaq Böyük Britaniya – Malta və start fiti 15:00-da səslənəcək Kipr – Azərbaycan görüşləri ilə turnirə yekun vurulacaq.