Açılış matçında 7 qol

Almaniya Bundesliqasında 32-ci tur start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. "Köln" doğma meydanda "Verder"lə qarşılaşıb.

7 qolun vurulduğu matçda meydan sahibləri seviniblər:

“Köln” - “Verder” 4:3
Qollar:
 Modeste, 13 (1:0), Bittenkurt, 28 (2:0), Bartels, 34 (2:1), Selassie, 40 (2:2), Zoller, 44 (3:2), Modeste, 47 (4:2), Qnabri, 62 (4:3)

Bu qələbə sayəsində xallarının sayını 45-ə çatdıran “Köln” altıncı pilləyə yüksəlib. Eyni xala malik “Verder” isə yeddinci yerə enib.