Açıq MTB yarışlarının qalibləri müəyyənləşib
Azərbaycan Velosiped İdmanı Federasiyasının 2016-cı il üçün müəyyənləşdirdiyi təqvim-plana uyğun olaraq, Dağ Velosipedi Parkında açıq MTB yarışı keçirilib. SportLine.az xəbər verir ki, yarışda federasiyanın nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 40-dan artıq idmançısı iştirak edib.
U-15 yaş kateqoriyasında mübarizə aparan idmançılar uzunluğu 2 km olan marşrut boyunca 3 dövrə vurublar. Məsafəni 28 dəqiqə, 45 saniyəyə başa vuran 8 saylı Olimpiya İdman məktəbinin yetirməsi Fədail Mahmudov finiş xəttini birinci keçib.
U-15 (3x2km)
1. Fədail Mahmudov 8OEQİUVM 28:45
2. Əhməd Əhmədov 8OEQİUVM 29:47
3. Emil Əliyev 8OEQİUVM 29:48
17 yaşadək velosipedçilər eyni marşrut üzrə 5 dövrə mübarizə aparıblar və "Neftçi" İdman Klubu İctimai Birliyinin təmsilçisi Vüqar Nəsibov bütün rəqiblərini qabaqlayıb.
U-17 (5x2km)
1. Vüqar Nəsibov Neftçi 47:08
2. Nəcəf Bağırov AzVİF 49:09
3. Osman Qəhrəmanov OEQİUVM 50:11
Elit, U-23 və gənclər kateqoriyasında çıxış edən idmançılar 14 km məsafə qət ediblər və mübarizə Olimpiya Ehtiyatları Velosiped İdmanı Məktəbinin üzvü Orxan Məmmədovun qələbəsilə yekunlaşıb.
Elit, U-23, Gənclər (7x2km)
1. Orxan Məmmədov OEQİUVM 58:06
2. Musa Mikayılzadə Lokomotiv 58:22
3. Aqşin Bağırlı Lokomotiv 58:42