Acun Ilıcalı Mourinyoya qəzəblənib
“Fənərbağça”nın vitse-prezidenti Acun Ilıcalı baş məşqçi Joze Mourinyoya qəzəblənib.
Sportline.az xəbər verir ki, buna səbəb Mourinyonun mətbuat konfransı zamanı “Gerçəkləri bilsəydim bura gəlməzdim” sözü olub. Bu söz Acun Ilıcalını qəzəbləndirib.
Acun Ilıcalı jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;
“Ən qısa zamanda mələyə aydınlıq gətirməyə çalışacam. Joze Mourinyonun bu dediləri qəbuledilməzdir. Məsələ tamamən fərqli bir vəziyyət almağa başlayıb” – deyə Acun Ilıcalı bildirib.
Qeyd edək ki, J.Mourinyonun bu açıqlaması bütün dünya mediasında böyük səs-küyə səbəb olub.