AFFA-dan Cavadova təbrik

Bu gün AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadovla görüşərək 65 illik yubileyi münasibətilə onu AFFA rəhbərliyi adından təbrik edib. 

Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, yubilyara Azərbaycan milli komandasının futbolkası hədiyyə olunub.

İsgəndər Cavadov göstərilən diqqətə görə minnətdarlığını bildirib.