AFFA-nın icraçı vitse-prezidenti Şəki səfərində

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Şəki şəhərinə səfərə gedib.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədov səfər çərçivəsində Şəkidə müxtəlif yaş qruplarından ibarət komandalarda məşq edən uşaqlarla görüşüb, onlara AFFA-nın adından oyun geyimləri və top təqdim edib.

İcraçı vitse-prezident uşaqlarla söhbətləşib, növbəti həftə liqalarda iştirak edəcək oyunçulara uğurlar arzulayıb.

Görüşün sonunda simvolik olaraq oyun keçirilib.