AFFA rəsmisi "Ayaks" - "Borussiya" oyununa təyinat alıb
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.
Sportline.az xəbər verir ki, o, Niderlandın “Ayaks” və Almaniyanın “Borussiya” (Dortmund) komandaları arasında Gənclər Liqasının C qrupunun III tur oyununda UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma oktyabrın 19-da baş tutacaq.