AFFA şübhəli oyunlar aşkarladı
AFFA Azərbaycan Birinci divizionunda şübhəli matçlar aşkarlayıb.
Sportline.az xəbər verir ki, bu haqda AFFA-nın baş katibi Sərxan Hacıyev ATV kanalına müsahibəsində bildirib. O, artıq araşdırmalar aparıldığını deyib:
"Ən az 2 komanda ilə bağlı araşdırma gedir. O komandalar 1-ci Divizionda çıxış edirlər. Hal-hazırda şübhə kimi araşdırılırlar. Son həftələrdə keçirilən matçlar arasında ən az 2-3 şübhəli oyun var. Bu barədə neqativ siqnallar daxil olub. Biz bunların hər birini ciddi şəkildə araşdırırıq. Əvvəllər məsələ təqsirlilərin futboldan kənarlaşdırılması ilə başa çatırdısa, bu dəfə daha ciddi addımlar atıla bilər".