AFFA Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirəcək

8 noyabr – Zəfər Günü ilə bağlı AFFA-nın təşkilatçılığı ilə silsilə tədbirlər keçiriləcək.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirlər planında “Zəfər liqası”, “Zəfər kuboku” və “Zəfər festivalı”nın təşkil olunması nəzərdə tutulub.

Tarixlər, iştirakçılar və digər məsələlərlə bağlı əlavə məlumat veriləcək.