AGİN-dən Gəncə stadionu ilə bağlı açıqlama
Son günlər Gəncə şəhər stadionunun ot örtüyü ilə bağlı AGİN-ə çoxsaylı sorğular ünvanlanıb.
Sportline.az xəbər verir ki, nazirliyin bu gün yaydığı açıqlamada bildirilib ki, Gəncə şəhər stadionu Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin balansında olsa da “Kəpəz” futbol klubunun istifadəsinə verilib. Buna görə də stadiona xidmət məsələləri, o cümlədən də öt örtüyünün saxlanması və qulluq məsələləri klubun öhdəliyindədir.