"AHF Arena" istifadəyə verilir

“ABU Arena” idman kompleksi yaxın günlərdə “AHF Arena” kimi fəaliyyətə başlayacaq. 

AHF-nin mətbuat xidmətindən Sportline.az-a verilən məlumata görə, xeyli vaxtdır həyata keçirilən yenilənmə işləri artıq yekunlaşdırılıb.  Qısa müddət ərzində kompleksdə xeyli iş görülüb – məşq zalında, soyunub-geyinmə və istirahət otaqlarında təmir işləri başa çatdırılıb.

2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq həndbolçuların ixtiyarına verilib.

Ölkədə həndbolun inkişafına təkan olacaq idman kompleksinin  yenidən  istifadəyə verilməsini  AHF-nin həndbolçulara gözəl töhvəsi kimi dəyərləndirmək olar.

Qeyd edək ki, “AHF Arena”da həm yerli yarışların, həm də, beynəlxalq miqyaslı turnirlərin oyunları keçiriləcək.