AHF regionlarda seminar keçirəcək

Azərbaycan Həndbol Federasiyası tərəfindən regionlarda fəaliyyət göstərən məşqçilər üçün ikigünlük seminar keçiriləcək.

Sportline.az xəbər verir ki, seminar fevralın 11-12-də  “AHF Arena”da təşkil olunacaq.

Seminarda oyun qaydalarına edilən dəyişikliklər, məşq prosesi və yarış təqvimi müzakirə olunacaq.