Alaba karyerasını MLS-də davam etdirə bilər
"Real Madrid"in avstriyalı müdafiəçisi David Alaba yayda komandanı tərk edəcək.
Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, MLS klubları 33 yaşlı futbolçu ilə yaxından maraqlanır.
"Şarlott" və "Nyu-York Siti klubları Alabanı transfer etmək üçün yarışa girib.
Qeyd edək ki, Alabanın "Real"la sözləşməsi 2026-cı ilin iyun ayında başa çatacaq.