Albaniya millisinin hücumçusu cəzalandırıldı

Albaniya millisinin hücumçusu Mirlind Daku Avro-2024-də 2 oyunluq cəzalandırılıb.

Sportline.az Albaniya Futbol Federasiyasının X sosial şəbəkəsinə istinadən xəbər verir ki, buna onun Xorvatiya ilə Avropa çempionatının qrup mərhələsinin 2-ci turundan sonra (2:2) makedoniyalılara və serblərə qarşı təhqiramiz şüarlar səsləndirməsi səbəb olub.
    
Kazan "Rubin"inin hücumçusu Avro-2024-ün qrup mərhələsinin iyunun 24-də İspaniya ilə keçiriləcək həlledici oyununda Albaniya millisinə kömək etməyəcək və albanlar qrupdan çıxacağı təqdirdə turnirin 1/8 finalını buraxacaq. .

Bundan əvvəl Şimali Makedoniya Futbol Federasiyası Dakanı təhqiredici şüarlara görə cəzalandırmağa çağırıb, həmçinin albaniyalı futbolçunun davranışına görə ictimaiyyətdən üzr istəməsini tələb edib.