Aleks Ferqüsson: "Del Pyeronun cavabı məni şoka saldı"

Tanınmış futbol mütəxəssisi Ser Aleks Ferqüsson əfsanəvi italiyan Alessandro Del Pyero ilə bağlı xatirəsini bölüşüb.

Sportline.az xəbər verir ki, 79 yaşlı ingilis bu barədə ölkəsinin "The Mirror" nəşrinə açıqlamasında danışıb:

"İtaliya 2006-cı ildə Dünya Kubokunu qazanmışdı və həmin il "Yuventus" B Seriyasına düşdükdən sonra Del Pieronun klubdan ayrılacağına əmin idim. Düşünürdüm ki, bu cür səviyyəli oyunçu ikinci divizionda oynamamalıdır. Dərhal ona "Mançester Yunayted"də oynamağı təklif etdim.

Onun cavabı məni şoka salmışdı: "Ser Aleks, sizə çox böyük hörmətim var, amma "Yuventus" hazırda çox əziyyət çəkir. Klubun böyük problemləri var. Burda qalmaq və klubuma kömək etmək mənim borcumdur. Mən komandanın kapitanıyam və klubumu bu vəziyyətdə ata bilmərəm".

Xatırladaq ki, həmin dönəmdə "Yuventus"U Zlatan İbrahimoviç, Canluka Zambrotta, Fabio Kannavaro, Patrik Vyera, Adrian Mutu və Emerson kimi tanınmış futbolçular tərk etmişdi.