Almaniya - Azərbaycan görüşünün də hakimləri müəyyənləşdi

DÇ-2018-in təsnifat mərhələsi çərçivəsində keçiriləcək Almaniya - Azərbaycan matçının hakim təyinatları açıqlanıb. SportLine.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Latviyadan olan briqadaya həvalə olunub.

Görüşdə ədaləti Andris Traymanis təmsil edəcək. Harald Qudermanis və Aleksey Spasyonnikov yan xətt, Aleksandr Qolubev isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

AZƏRBAYCAN - ÇEXİYA GÖRÜŞÜNÜN HAKİMLƏRİ

Qeyd edək ki, C qrupunda yer alan yığmamız Çexiya ilə oktyabrın 5-də saat 20:00 Bakı Olimpiya Stadionunda üz-üzə gələcək.  Almaniya ilə qarşılaşma isə oktyabrın 8-də Kayzerslautern şəhərindəki "Frits-Valter" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.