Almanlar Şotlandiya millisini AVRO 2024-dən şən musiqi sədaları ilə yola salıblar
Alman orkestri 2024-cü il Avropa çempionatından kənarda qalan Şotlandiya millisini şən Bavariya melodiyaları ifa edərək yola salıb.
Sportline.az Championat.com-a istinadla xəbər verir ki, videoda Şotlandiya millisinin futbolçuları və heyətinin üzvləri milli geyimdə olan orkestrin müşayiəti ilə avtobusa doğru yollandıqları görünür.
Xatırladaq ki, Şotlandiya seçməsi Almaniya, İsveçrə və Macarıstanla mübarizə apardığı A qrupunda 1 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, britaniyalılar indiyə kimi iştirak etdiyi heç bir böyük turnirdə qrup mərhələsini adlaya bilməyib.