Almanları faşist şuarlarına görə cəza gözləyir

FİFA Almaniya Futbol İttifaqına qarşı intizamsızlıqla bağlı iş açıb. Sportline.az xəbər verir ki, buna DÇ-2018-in seçmə mərhələsinin Çexiya-Almaniya (1-2) görüşündə alman fanatların faşist şüarları səsləndirməsi səbəb olub. Xatırladaq ki, həmin oyunun əvvəlində bir qrup alman fanatı, bir dəqiqəlik sükutu pozaraq, Almaniya Futbol İttifaqı və "Leypsiq"in hücumçusu Timo Vernerin ünvanına nalayiq ifadələr işlətməklə yanaşı, nasist şüarları da səsləndirmişdilər. Almanya polisi, həmin məsələ ilə bağlı, artıq bir neçə cinayət işinin icrasına başlayıb.