Alvarez "Barselona" yolunda
"Barselona"nın əsas transfer hədəfi Xuliyan Alvarezdir.
Sportline.az xəbər verir ki, bu haqda "Marca" qəzeti məlumat yayıb.
Kataloniya klubu 25 yaşlı oyunçuya görə 100 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Alvarez "Atletiko"da çıxış etdiyi 76 oyunda rəqib qapılarından 39 top keçirib.