Amanda Nunes UFC-də qalib gələrək karyerasını başa vurub
"UFC 289"da qadınlar arasında ən yüngül çəki üzrə çempionatda braziliyalı Amanda Nunes qalib gələrək karyerasını başa vurduğunu elan edib.
Sportline.az xarici KİV-ə istinadən xəbər verir ki, Vankuverdə keçirilən döyüşdə Nunes meksikalı İrene Aldana üzərində qələbə qazanıb.
Qeyd edək ki, braziliyalı 35 yaşlı döyüşçü ən yüngül çəkidə dəfələrlə UFC çempionu olub. O, ilk kəmərini 2016-cı ildə əldə edib. Ümumilikdə Nunesin aktivində 23 qələbə və 5 məğlubiyyət var.