Amerika çempionatında gözlənilməz nəticə

Amerika çempionatında növbəti oyunla keçirilib.

Sportline.az xəbər verir ki, Şərq Konfransında müabrizə aparan “Orlando Siti” gözlənilmədən məğlub olub.

“Atlanta Yunayted”lə üz-üzə gələn komanda ilk hissədə qapısında 2 top görüb. Hesabı Corc Kempbel açıb. Çox keçmədən fərq artıb. Bu dəfə qonaqlardan Deril Dike avtoqol müəllif olub.

İkinci yarıda hücumlarını gücləndirən Orlando futbolçuları heç nə ilə yadda qala bilməyiblər. Əvəzində 3-cü dəfə mərkəzə dəvət olunublar. Esekyel Barko rəqib qapısına yol tapıb.

Beləliklə, 3-0 hesabı ilə qələbə qazanan “Atlanta Yunayted” Şərq Konfransında 30 xalla 8-ci pillədədir. “Orlando Siti” isə 38 xalla yalnız lider “Nyu-İnqlənd Revoluşn”dan geri qalır.