Amorim argentinalı futbolçunun qalmasını istəyir
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim argentinalı futbolçu Alexandro Qarnaçonun klubda qalmasını istəyir.
Sportline.az "Tele Football"a istinadən xəbər verir ki, İngiltərə klubunun rəhbərliyi Amorimin bu istəyini nəzərə alaraq, oyunçunu satmaq fikrindən daşınıb.
"Mançester Yunayted" Qarnaço ilə yola davam edəcək.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 35 matçda 8 qol və 6 asistlə yadda qalıb.
Onun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Alexandro Qarnaçonun hazır ki dəyəri "Transfermarkt" portalına görə 50 milyon avro olaraq qiymətləndirilir.