Amorim brazilyalı futbolçu haqqında danışıb
"Mançester Yunayted"in portuqaliyalı baş məşqçisi Ruben Amorim brazilyalı futbolçu Entoni haqqında müsbət fikirlər səsləndirib.
Sportline.az xəbər verir ki, Amorim "Sky Sports"a müsahibəsində Entonin yüksəlişdə olduğunu qeyd edib.
"Entoni hazır da yaxşı formdadır. Hər gün dayanmadan məşq edir. "Mançester Siti"yə qarşı əla çıxış etdi. Meydana daxil olduğu andan etibarən klub üçün xeyirli işlər gördü. Onun istedadına bələdəm", - deyə Ruben Amorim bildirib.
Qeyd edək ki, Entoni bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 9 matçda 1 qolla yadda qalıb.