Anar Hacıyev: "Ondan başqa itkimiz yoxdur"
"Qəbələ" Azərbaycan Premyer Liqasında "Zirə" ilə oyuna hazırlaşır.
Komandanın son durumu ilə bağlı "Qəbələ"nin mətbuat katibi Anar Hacıyevlə əlaqə saxladıq.
Klub rəsmisi Sportline.az-a açıqlamasında heyətdə yalnız 1 itkinin olduğunu bildirdi: "Cəzalımız yoxdur. Zədəli futbolçulardan da təkcə Rafael Utziq qalıb. O, da bərpa prosesini keçirir. Ondan başqa itkimiz yoxdur".
Qeyd edək ki, "Qəbələ" - "Zirə" matçı 7 aprel saat 17-00-a təyin olunub.