Anatoli Nuriyevin yeni klubu açıqlandı
“Zirə” yeni futbolçu ilə anlaşıb.
Sportline.az xəbər verir ki, qəsəbə təmsilçisi milli komandanın üzvü Anatoli Nuriyevi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı yarımmüdafiəçi ilə cari mövsümün sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, Nuriyev daha əvvəl“Hoverla”, “Munkaç”, “Seredniye”, “Stal”, “Minay”, “Kolos”, həmçinin “Sumqayıt” və “Sabah” klublarında çıxış edib.